ain.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, 2025-ci ilin Azərbaycan–İran İli çərçivəsində iki ölkə üçün əlamətdar bir mərhələ formalaşıb. Rəsmi görüşlər fonunda mühüm nəticələr əldə edilib və ikitərəfli əməkdaşlıq yeni inkişaf mərhələsinə yüksəlib. 2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib deyən nazir vurğulayıb ki, tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparıblar: “Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam etdirilir və layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Bu körpü iki ölkə arasında nəqliyyat və kommunikasiya sahələrində əlaqələrə mühüm töhfə verəcək”, - deyə nazir əlavə edib. AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.