AZ

78 nəfərin ölümünə səbəb olan yanğınla bağlı hökm verildi

Məhkəmə Kartalkaya Xizək Kurortundakı "Grand Kartal" oteldə 21 yanvarda 78 nəfərin həyatını itirdiyi, 137 nəfərin yaralandığı yanğınla bağlı əsaslandırılmış hökmünü elan edib.

Milli.Az xəbər verir ki, 406 səhifəlik qərarda qeyd olunur ki, otel rəhbərliyi yanğın barədə ilk xəbərdar olan şəxslər olsa da, qonaqlara məlumat verməyib və təxliyə üçün heç bir tədbir görməyib. Məhkəmə qonaqlara "xəbər verilməməsi" göstərişinin şahid ifadələri, kamera görüntüləri və HTS qeydləri ilə təsdiqləndiyini bildirib. Yanğınsöndürmə sistemlərindəki çatışmazlıqlar və personalın təlimsizliyi fəlakətin böyüməsinə səbəb kimi göstərilib.

Məhkəmə otelin sahibi və rəhbər şəxslər də daxil olmaqla 32 nəfəri "ehtimal olunan qətl" ittihamı ilə çoxsaylı ömürlük və uzunmüddətli həbs cəzalarına məhkum edib.

Otel sahibi Halit Ergül və daha 10 nəfər 34 dəfə ömürlük həbs cəzası alıb. Digər təqsirləndirilənlərə isə müxtəlif müddətlərdə - ümumilikdə 41 ilə qədər - həbs cəzaları verilib.

Məhkəmə hadisədə "şüurlu səhlənkarlıq"ın olduğunu təsbit edib.

Milli.Az

Seçilən
9
1
milli.az

2Mənbələr