“Moskva ABŞ nümayəndələri Uitkoff və Kuşnerin Ukrayna nümayəndə heyəti ilə apardıqları danışıqların nəticələri barədə məlumat almağa ümid edir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, bu gün Moskvada Vladimir Putinlə Uitkoff və Kuşner arasında keçirilən görüşdə kifayət qədər əhatəli və məzmunlu iş aparılıb. O, həmçinin bildirib ki, Kreml Kiyevdə münaqişənin tənzimlənməsi ilə bağlı mümkün fikir ayrılıqları barədə hər hansı məlumata malik deyil.
Rusiya Prezidentinin sözçüsü əlavə edib ki, tərəflər artıq bu cür danışıqların tam açıq və ictimai şəkildə aparılmasının mümkün olmadığını daha yaxşı anlayırlar.