AZ

Azərbaycanın serial və filmlərinin onlayn platformalar vasitəsilə xarici bazarlara çıxarılması müzakirə olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 dekabr, Günel Türksoy, Fidan Əlizadə, AZƏRTAC

Dekabrın 8-də Bakı Konqres Mərkəzində "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə- 2025" çərçivəsində "RAYS: PRO. MEDIA 2025" adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa media qrupları, yayımçıları, məzmun istehsalçıları və distribütorları, ödənişli TV operatorlarını, axın platformalarını və media sənayesində innovativ həllər hazırlayanları bir araya gətirib.

Dəyirmi masada Özbəkistan, Qazaxıstan, Rusiya və Ukraynanın tanınmış onlayn platformalarının təsisçiləri iştirak ediblər. Tədbirdə televiziya seriallarının və film istehsalının telekanalların reytinqinə təsiri, istehlak nümunələri, məzmun istehsalı və mühafizəsi, mövcud bazar vəziyyəti üzrə müzakirələr aparılıb. Eyni zamanda, audiovizual məzmunun (filmlər, seriallar, animasiya) beynəlxalq bazarlara çıxarılması, həmçinin yerli TV, VOD platformaları üçün xarici məzmunun dublyajı, milli VOD platformalarında televiziya baxışını təşviq etmək (abunəlikləri artırmaq) üçün dublyaj sənayesinin inkişafı, yeni tematik telekanalların yaradılması, uşaq və ailə kinosunun gələcəyi - meyillər və perspektivlər, sənədli film istehsalı və yayımı, 2025-ci ildə interaktiv reklam bazarı, bazarın transformasiyası, yeni platformalar, texnologiyalar və alətlər, milli telekommunikasiya və media kommunikasiya bazarının perspektivləri, rəqəmsal TV-nin texnoloji inkişafı strategiyaları, yeni media formatları və onların ənənəvi məzmunla inteqrasiyası və. s məsələlər ətrafında müzakirələr aparılıb.

Bildirilib ki, onlayn platformalar yutub və ənənəvi televiziyadan daha öndədir və Azərbaycan tamaşaçısının da bu platformalara marağı artmaqdadır. Azərbaycanın serial və filmlərinin həmin platformalar vasitəsilə xarici bazarlara çıxarılması dəyirmi masanın əsas müzakirə mövzularından olub.

Müzakirələr nəticəsində Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan arasında birgə filmlərin çəkilməsi, Azərbaycan filmlərinin və seriallarının Qazaxıstan, Rusiya, Özbəkistan, Ukrayna ilə yanaşı Bolqarıstan, Çexiya, Macarıstan və Rumuniyanın onlayn platformalarında nümayiş etdirilməsi qərara alınıb.

-1 / 9

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azertag.az

2Mənbələr