AZ

Şuranın üzvləri yeniləndi - Əsədov təsdiqlədi

Baş nazir Əli Əsədov Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərar imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Şurasının yeni tərkibinə 3 şəxs daxil edilib:

İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini – iqtisadi statistika sektorunun müdiri Ceyhun Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini – Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Samir Hüseynzadə və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Cəlal Abdullayev.

 


Telegram kanalımız
Seçilən
13
2
yenisabah.az

5Mənbələr