Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” matçı təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb.
Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır.
Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.
Matç barədə qərarın daha sonra açıqlanacağı bildirilib.