AZ

Rusiya məhkəməsi azərbaycanlıları həbsdə saxlayıb

Yekaterinburqda bir sıra cinayətlərdə ittiham olunan azərbaycanlılar - Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətinə baxılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, təqsirləndirilən şəxslərin vəkilləri birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər, onlar barəsində ev dustaqlığının seçilməsini istəyiblər.

Sverdlovsk Vilayət Məhkəməsi iş materiallarını araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə qüvvədə saxlayıb.

Qeyd edək ki, 16 oktyabr 2025-ci il tarixində Yekaterinburqun Verx-İsestski Rayon Məhkəməsi Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun həbs müddətini 29 dekabr 2025-ci ilə qədər uzadıb.

Seçilən
24
1
apa.az

2Mənbələr