AZ

Azərbaycan ailə hüququnun məqsədi uşağın maddi və sosial rifahını təmin etməkdir

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Təcrübədə belə hallar olur ki, cütlük rəsmi boşanmamış, lakin faktiki olaraq ayrı yaşayır. Qadın ata evinə qayıdır, kişi isə ailəni maddi olaraq təmin etmir. Bu halda qadın düşünür ki, rəsmi boşanma olmadığından aliment tələb etmək olmaz. Lakin bu yanlışdır. Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Ailə Məcəlləsinə əsasən, valideynlərlə uşaqlar arasında aliment münasibətlərinin yaranması boşanma faktından asılı deyil:“Uşağın saxlanması üçün alimentin təyin edilməsi valideynlərin nikahda olub-olmamasından asılı olmayaraq mümkündür. Hətta valideynlər ümumiyyətlə nikahda olmamış olsalar belə, uşağın atalıq faktı müəyyən edildikdə aliment tələb etmək hüququ yaranır. Praktiki baxımdan alimentin tələb edilməsi üçün qadının məhkəməyə müraciət etməsi kifayətdir. Bu müraciət “Alimentin tutulması” adlı iddia ərizəsi və ya sadələşdirilmiş prosedur olan “Məhkəmə əmri verilməsi haqqında ərizə” formasında ola bilər. Sadələşdirilmiş prosedur yalnız alimentin Ailə Məcəlləsində nəzərdə tutulmuş nisbətdə, yəni bir uşaq üçün əməkhaqqının 1/4-i, iki uşaq üçün 1/3-i, üç və daha çox uşaq üçün 1/2-si həcmində təyin edilməsi nəzərdə tutulduqda tətbiq olunur. Bu təyin olunan məbləğ istənilən halda yalnız məhkəmə qərarı əsasında tutulur”.Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə vacib bir məsələ də ondan ibarətdir ki, aliment iddiası irəli sürüldükdə məhkəmə yalnız ərizənin verildiyi tarixdən sonrakı dövr üçün aliment təyin edir:“Lakin Ailə Məcəlləsinə əsasən, əgər qadın aliment almaq üçün dəfələrlə ataya müraciət etdiyini sübut edə bilirsə, aliment geriyə, yəni maksimum üç il müddətinə də tutulması mümkündür. Bunun üçün yazılı müraciətlər, mesajlar, şahid ifadələri və s. kimi sübutlar təqdim oluna bilər.Beləliklə, ailə faktiki olaraq dağılmış olsa da, rəsmi boşanma olmasa da, qadının aliment tələb etmək hüququ tam şəkildə mövcuddur. Amma bu tələb yalnız hüquqi qüvvəyə malik məhkəmə qərarı ilə icra edilə bilər. Məhkəmə qərarı olmadan alimentin tutulması mümkün deyil və qanun buna yol vermir. Qanun yalnız iki yolu tanıyır, könüllü aliment müqaviləsi və məhkəmə qərarı. Atanın aliment ödəməkdən yayınması və ya könüllü razılığa gəlməməsi hallarının yeganə hüquqi həlli məhkəməyə müraciətdir.Azərbaycan ailə hüququnun məqsədi uşağın maddi və sosial rifahını təmin etməkdir. Bu borc valideynlər arasında münasibətlərin necə olmasından asılı deyil. Dövlət hər bir uşağın minimum yaşayış tələbatının ödənməsini təmin etməyə çalışır və aliment institutunun hüquqi çərçivəsi buna xidmət edir. Buna görə də aliment tələbinin irəli sürülməsi üçün rəsmi boşanma gözləməyə və ya xüsusi bir prosedurdan keçməyə ehtiyac yoxdur. Qanun hər iki valideynin uşağın saxlanmasına görə məsuliyyət daşıdığını açıq şəkildə göstərir və atanın öz borcundan yayınmasına yol vermir”.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
newscenter.az

2Mənbələr