AZ

Ayan ölümlə üz üzə qaldı

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı ağır həyati təhlükə barədə danışıb.

Milli.Az xəbər verir ki, o, "Afaqla 10lar" verilişində qonaq olarkən həmin qorxulu günləri xatırladığını bildirib.

Ayanın sözlərinə görə, tanımadığı bir şəxs onun haqqında "bir həftə içində həyatdan köçəcək" kimi fikir səsləndirdikdən sonra vəziyyəti psixoloji olaraq gərginləşib. Bir neçə gün sonra isə o, qəfil olaraq huşunu itirib və təcili şəkildə klinikaya aparılıb.

Bütün tibbi yoxlamaların normal nəticə verməsinə baxmayaraq, müğənninin vəziyyətinə səbəb tapılmayıb. Ayan həmin zaman 17 saniyəlik kliniki ölüm keçirdiyini, ürəyinin tam olaraq dayandığını deyib. Onun sözlərinə görə, daxili allergiya yaranmış, nəfəs almaqda ciddi çətinlik çəkmiş, hətta su içə bilməyəcək vəziyyətə düşmüşdü.

Sənətçi bu halın o dövrdə yaşadığı dərin stresdən qaynaqlandığını vurğulayıb:

"Çox gənc idim, ağır günlərdən keçirdim. Öz səsim belə başımı ağrıdırdı. Hər gün Allaha şükür edirəm ki, həyatımı qorudu, övladıma qovuşmağı mənə nəsib etdi".

Ayan Babakişiyevanın bu açıqlaması sosial şəbəkələrdə də diqqət çəkib və geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
news.milli.az

2Mənbələr