AZ

Gələn ilin əvvəlindən Naxçıvanda iki GES-in inşasına start veriləcək

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Energetika Nazirliyi tərəfindən Naxçıvan üçün “yaşıl enerji zonası” konsepsiyası və tədbirlər planının ilkin layihələri hazırlanıb və aidiyyəti qurumlara rəy və təkliflərin bildirilməsi üçün göndərilib.

Bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, müvafiq rəylər artıq bütün qurumlardan daxil olub: “Hazırda onların ümumiləşdirilməsi və sənədin yekun versiyasında nəzərə alınması istiqamətində işlər davam etdirilir”.

C. Abdullayev qeyd edib ki, bu gün Naxçıvanda keçirilən maarifləndirmə tədbirində də artıq konsepsiyanın əsas prioritet istiqamətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib: “Burada kifayət qədər müxtəlif sahələr öz əksini tapıb. Bioenerjidən rtıq ənənəvi statusu almış günəş və külək stansiyalarının inşasına qədər, eyni zamanda elektromobillik və digər spesifik layihələr burda təhlil olunub və onlarla bağlı hədəf göstəriciləri müəyyənləşdirilib. Eyni zamanda, həmin sənəd layihələrində müxtəlif dövlət qurumlarının və aidiyyəti qurumların qarşısında duracaq məsələlər də əksini tapıb”.

Naxçıvanın çox böyük günəş enerjisi potensialı olduğunu vurğulayan C. Abdullayevin sözlərinə görə, burada məhdudiyyət yalnız şəbəkə imkanları səviyyəsindədir: “Naxçıvan hökuməti tərəfindən bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaqayırma prosesləri gedir. Artıq 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən olunub və iki 25 meqavat gücündə stansiyanın inşası ilə bağlı danışıqlar yekun mərhələsinə daxil olub. Planlaşdırırıq ki, ilin sonuna qədər müqavilə bazası imzalanılsın və növbəti ilin əvvəllərindən həmin iki stansiyanın inşası ilə bağlı intensiv işlərə start verilsin”.

MənbəREPORT
Seçilən
8
2
banker.az

3Mənbələr