AZ

“Bəzi suallar var ki, cavabsız qalıb”VİDEO

Azərbaycan "3+3" formatlı görüşə ev sahibliyi etməyə hazırdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistanın Azərbaycanın 2024-cü ildə etdiyi təklifi qəbul etməməsi üçün heç bir əsas yoxdur.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini qeyd edib.

Xarici işlər nazirləri İran və Azərbaycan arasında olan əlaqələrdən də bəhs ediblər. Abbas Əraqçi bildirib ki, "ölkələr arasında iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə müzakirələr aparılıb, regional və beynəlxalq mövzuları müzakirə ediblər. Azərbaycan və İran həmişə dialoqu açıq və mehriban şəkildə həyata keçirib" Bunu dialoqla həll etmək yolunu tutmuşuq", - deyə İranın xarici işlər naziri əlavə edib.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Qəzzaya hərbi kontingent göndərməsi məsələsinə də münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
57
xezerxeber.az

1Mənbələr