AZ

Misli Premyer Liqası: “Araz-Naxçıvan” “Kəpəz” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasının XIV turunda növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun dördüncü oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
II dövrə, XIV tur
9 dekabr
17:00. “Araz-Naxçıvan” - “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0) məğlub edib. “Zirə” - “Qarabağ” qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. “Qəbələ” - “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

İdman.Biz

Seçilən
14
6
idman.biz

7Mənbələr