AZ

İran PUA larla yağış yağdırır

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranda yağışların yağması üçün PUA vasitəsilə bulud səpmə əməliyyatları həyata keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İranın energetika naziri Abbas Əliabadi məlumat verib.

Əliabadi ölkə daxilində bulud səpmə əməliyyatlarının indi daha sistemli, elmi məlumatlara əsaslanan şəkildə həyata keçirildiyini bildirdi:

“Bu çərçivədə ötən il ərzində ölkənin 31 vilayətində 61 PUA əməliyyatı və 2 min saat quru əməliyyatı həyata keçirilib”.

İranlı nazir qeyd edib ki, bulud səpmə əməliyyatları xüsusilə Urmiya gölü, Zəyəndə-Rud, Tehran, Əlburz, Fars və Xorasanda cəmləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
axar.az

1Mənbələr