Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni qatarparkını genişləndirməkdə davam edir.
Trend xəbər verir ki, bubarədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilədaha bir yeni nəsil qatar istismara verilib.
Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu ilistismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttəburaxılıb.
Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170vaqona (34 qatar) çatdırılıb.
Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.
Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36qatar) istismarda olacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeninəsil vaqon alınması planlaşdırılır.