AZ

Sudanda hərbi təyyarə qəzaya uğradı

BAKI, 10 dekabr. TELEQRAF

Sudanda hərbi-nəqliyyat təyyarəsi İl-76 qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi adının açıqlanmasını istəməyən mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, təyyarə “Osman Diqna” aviabazasında eniş etməyə cəhd edərkən qəzaya düşüb. Hadisədən əvvəl hava gəmisində texniki nasazlıq qeydə alınıb.

AFP ekipaj üzvlərinin hamısının həlak olduğunu bildirir. Ölənlərin dəqiq sayı açıqlanmayıb.

Seçilən
92
teleqraf.com

1Mənbələr