AZ

“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi

“Ayaks” klubu “Arsenal”ın keçmiş müdafiəçisi Takehiro Tomiyasu ilə ilkin razılıq əldə edib.

Paralel.az xəbər verir ki , bu barədə Niderlandın “NOS” nəşri məlumat yayıb.

Tərəflərin hazırda müqavilənin son detallarını müzakirə etdiyi bildirilir. Yaponiyalı futbolçunun Niderland təmsilçisi ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, hazırda azad agent statusunda olan Tomiyasu son illərdə ciddi diz zədələri ilə mübarizə aparıb. Bu səbəbdən o, ötən mövsüm “Arsenal”ın heyətində cəmi 6 dəqiqə meydanda qala bilib. Müdafiəçinin əsas hədəfi formasını bərpa edərək Yaponiya millisi ilə DÇ-2026-da iştirak etməkdir.
 

Xatırladaq ki, “Ayaks” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Qarabağ”ın rəqiblərindən biridir.


"Qarabağ" - "Ayaks" oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Seçilən
25
4
paralel.az

4Mənbələr