AZ

İş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək

Bakı. Trend:

Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı50 nəfərdən çox olan iş yerlərində əməyinmühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirəolunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müəssisələrdə və fiziki şəxs olanişəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı50 nəfərdən az olduqda əməyin mühafizəsi işinintəşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiqdəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdənbirinin əmək funksiyasına daxil ediləcək.

Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsiüzrə mütəxəssis vəzifəsi təsis ediləcək.

Seçilən
48
13
az.trend.az

10Mənbələr