AZ

Tailand Kamboca sərhədi yaxınlığında əməliyyatları genişləndirir

Tailand ordusu Kamboca sərhədi yaxınlığında əməliyyatları gemişləndirib. Əməliyyatlara Hərbi Dəniz və Hərbi Hava Qüvvələri cəlb olunub.

Herbiand.az xəbər verir ki, bu barədə Tailand Sərhəd Mühafizə Qüvvələrinin Qərargahının məlumatına görə, 24 saat patrul xidməti və kəşfiyyat aparmaq üçün əməliyyat keçirilən əraziyə “HTMS Thepa” döyüş gəmisi cəlb olunub.

Balıqçılara Kamboca ilə dəniz sərhədi yaxınlığı ərazilərə çıxmamaq tövsiyə olunub.

Kamboca və Tailand arasında eskalasiya bir neçə gün əvvəl yenidən qızışıb.

Tailand Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə hava zərbələri endirib. F-16 təyyarələrinin iştirakı ilə keçirilən hücumlarda Kambocanın Tailand hərbi obyektlərinə endirdiyi zərbələrə cavab xarakterli olub.

Əməliyyatlarda bir Tailand əsgəri həlak olub. Yaralılar var.

Xatırladaq ki, bu ilin oktyabr ayında Tayland və Kamboca Kuala Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində rəsmi olaraq sülh bəyannaməsi imzalamışdılar.

Ölkələr arasında silahlı münaqişəyə son qoyan razılaşma ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilmişdi.

Seçilən
20
herbiand.az

1Mənbələr