AZ

Astarada balıqçılar itkin düşüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Emin Şirvanzadə

***

10.24

Astarada balıqçılar itkin düşüb.

APA-nın cənub bürosunun xəbərinə görə, ötən gecə axşam saatlarında Astarada iki nəfər balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-nin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.

Seçilən
58
4
apa.az

10Mənbələr