AZ

Regionlarında ilk tibbi yardım təlimləri həyata keçiriləcək

“ÖTMA olaraq biz qürurla bildiririk ki, Azərbaycan təcrübəsində ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində silsilə ilk tibbi yardım təlimlərini reallaşdırdıq. “Həyata Dəstək: İlk Tibbi Yardım Təlimləri” layihəsi çərçivəsində 8 ali təhsil müəssisəsi və 2 kollecdə — ümumilikdə 9 ali məktəbdə və 1 kollec daxil olmaqla — beynəlxalq standartlara uyğun ilk yardım təlimləri keçirildi”.
 
Bu barədə  Moderator.az-a ÖTMA İdarə Heyətinin Sədri Günel Əliyeva bildirib.  
 
Qeyd dək ki, layihə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənib. 
 
G.Əliyeva bildirib ki, bu təlimlər “Medic School Training Center” tərəfindən, American Heart Association (AHA) protokollarına uyğun aparıldı; tələbə və müəllimlərə nəzəri biliklərlə yanaşı, tələb olunan praktiki bacarıqlar da öyrədildi. Təlimlərin sonunda uğurlu iştirakçılar AHA tərəfindən tanınan beynəlxalq sertifikatlarla təltif olundular. 
 
Layihənin əsas məqsədi — ali və orta ixtisas müəssisələrində ilk yardım biliklərinin və praktik bacarıqlarının artırılması, fövqəladə hallar zamanı tələbə və müəllimlərin operativ və düzgün reaksiya vermək bacarığını formalaşdırmaq, nəticədə daha təhlükəsiz təhsil mühiti yaratmaq idi. Bu məqsədə çatdığımızı böyük məmnuniyyətlə qeyd edirik. 
 
“Biz inanırıq ki, ilk yardım biliklərinə malik gənclər və müəllimlər, ehtiyac yaranan anda həyat xilas edə biləcək ilk yardımçılar kimi cəmiyyətə töhfə verəcək. ÖTMA olaraq gələcəkdə bu proqramı genişləndirməyi və ölkənin digər regionlarında da tətbiq etməyi planlaşdırırıq.” – deyə G.Əliyeva əlavə edib.
Seçilən
29
moderator.az

1Mənbələr