İndiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən sent qazın təxminən 60 mlrd. kubmetri dövlətə təmənasız olaraq ötürülüb.
"APA-Economics" xəbər verir ki, bunu III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərkən BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyəti zamanı BP-nin operatoru olduğu AÇG layihəsi çərçivəsində 4,5 mlrd. barel neft hasil olunub.