AZ

Yol kənarında saxladığı maşın dərəyə aşdı: bacısı öldü

Lerik rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.Hadisə rayonun Tikaband kəndində qeydə alınıb.

Kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Lakin bir qədər sonra maşın qəfildən hərəkət edərək dərəyə aşıb.

Qəza nəticəsində maşında olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
2
olaylar.az

10Mənbələr