AZ

Çində dördmərtəbəli binada yanğın- 12 nəfər ölüb

Çində baş verən yanğında 12 nəfərin öldüyü bildirilir.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Çinin cənubundakı Şantou şəhərində yerli vaxtla saat 21:20-də dördmərtəbəli binada yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən və tibb qrupları göndərilib.

Təxminən 40 dəqiqə ərzində alov söndürülsə də, hələlik yanğının səbəbi məlum deyil.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr