AZ

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

AFN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.

"Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - deyə AMB bəyan edib.

Qərar sabahdan qüvvəyə minir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

Gələn il faiz dəhlizinin parametrləri ilə bağlı qərarların ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonuna qədər yayımlanacaq.

Seçilən
97
11
afn.az

10Mənbələr