AZ

Gəncədə şagirdlərin zəhərləndiyi dönərxana BAĞLANDI

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bakıvaxtı.az-a verilən məlumata görə, Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb.

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Seçilən
66
14
bakivaxti.az

10Mənbələr