AZ

“Arsenal”ın sabiq futbolçusu “Qarabağ”ın rəqibinə keçir

“Ayaks” “Arsenal”ın keçmiş müdafiəçisi Takehiro Tomiyasu ilə ilkin razılıq əldə edib.

Msport.az xəbər verir ki, tərəflərin hazırda müqavilənin son detallarını müzakirə etdiyi bildirilir.

Yaponiyalı futbolçunun Niderland təmsilçisi ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir. Hazırda azad agent statusunda olan Tomiyasu son illərdə ciddi diz zədələri ilə mübarizə aparıb. Bu səbəbdən o, ötən mövsüm “Arsenal”ın heyətində cəmi 6 dəqiqə meydanda qala bilib. Müdafiəçinin əsas hədəfi formasını bərpa edərək Yaponiya millisi ilə DÇ-2026-da iştirak etməkdir.

Qeyd edək ki, “Ayaks” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Ayaks” oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Seçilən
8
4
msport.az

4Mənbələr