AZ

“Qarabağ” “Ayaks” önündə darmadağın oldu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində sonuncu – VI tur matçına çıxıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi evdə “Ayaks”ı qəbul edib.

“Azersun Arena”da keçirilən oyun Niderland təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, əvvəlki 5 oyunun hamısında uduzan “Qarabağ”ın U-19 komandası sonuncu – 36-ci yeri tutur. “Ayaks” isə 10 xalla 13-cüdür. Cədvələ 16 xala malik “Çelsi” liderlik edir.

Seçilən
29
2
msport.az

5Mənbələr