AZ

Mirhəsən Seyidov: “Plaşı 350 manata almışam”

“Hugo Boss Burberry” brendinin yeni bir marka olduğunu sizdən eşidirəm. Plaş yenə də əynimdədir, 3 il bundan öncə, 350 manata almışam.

 

Pravda.az-ın xəbərinə görə, bunu Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib.

 

O, plaşla bağlı məlumat yayanları Neftçalaya dəvət edib: “Gəlsinlər, Möhtərəm cənab Prezidentin yüksək diqqəti ilə rayonda artan gücü, neftçalalı zəhmətkeşlərin əldə etdiyi uğurları işıqlandırsınlar. Hesab edirəm ki, I Balıq Festivalı da uğurla həyata keçirilib, doğma rayonumuza xeyirli, uğurlu olsun”.

 

Nadir

Tarix: 10 Dekabr 2025, 18:32   
Seçilən
111
2
pravda.az

3Mənbələr