ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində piyadalara su sıçradan sürücülərdən şikayətlənib.
Axşam.az xəbər verir ki, aparıcı bu gün işə gedərkən xoşagəlməz hadisənin şahidi olduğunu bildirib:
"Mədəniyyətli sürücü olmaq lazımdır. Bu gün gözümlə şahid oldum. Sürücü yol kənarındakı gölməçənin yanından keçərkən suyu səkidə hərəkət edən məktəbli uşaq və anasının üzərinə sıçratdı. O uşağın yerinə elə pis oldum ki... Uşaq və anası donub qaldı. Söyüş yiyəsi olmayın, oradan yavaş keçmək mümkündür axı. Yazıq deyil o insanlar?".
Qeyd edək ki, piyadaların üzərinə su sıçradan sürücülər aşkar edildiyi təqdirdə barələrində İXM-nin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.