AZ

Ukrayna Qara dənizdə Rusiyanın tankerinə hücum etdi


Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” hərbi pilotsuz uçan aparatları Rusiyanın Qara dənizdə “Daşan” neft tankerini vurub.
Yeniavaz.com
ölkənin KİV-nə istinadən xəbər verir ki, bu barədə UTX-nin mənbəsi məlumat verib.
Bildirilib ki, gəmi Komor adaları bayrağı altında, Ukraynanın eksklüziv iqtisadi zonasında transponderi söndürülmüş halda Novorossiysk liman terminalına doğru hərəkət edirdi.
“Hücum nəticəsində tankerə ciddi ziyan dəyib. İlkin məlumata görə, gəmi sıradan çıxıb”, - mənbə bildirib.
Ukraynalılar hesab edirlər ki, “Daşan” tankeri Rusiyanın “kölgə donanması” adlandırılan və Moskvanın Rusiya neftinə qarşı Qərb sanksiyalarından yan keçmək üçün istifadə etdiyi donanmanın bir hissəsi olub. Gəminin özü Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya və İsveçrənin sanksiya siyahısına daxil edilib.
Seçilən
21
24
yeniavaz.com

10Mənbələr