AZ

Sofiyada kütləvi etiraz aksiyaları keçirilir

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada müxalifət partiyalarının təşkiletdiyi genişmiqyaslı etiraz aksiyaları hökumətin istefası vənövbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Trend xəbər verirki, aksiya hökumət binası, prezident administrasiyası və parlamentarasında yerləşən “hakimiyyət üçbucağı” ərazisində on minlərləetirazçının iştirakı ilə keçirilib.

Meydanda böyük monitorlar quraşdırılıb ki, iştirakçılarçıxışları və prosesləri aydın şəkildə izləyə bilsinlər. Etirazçılaryalnız hökumətin istefasını deyil, həm də ölkənin idarəetməsisteminin dəyişdirilməsini tələb edir, Bolqarıstanınproblemlərində isə “Vətəndaşlar Avropanın İnkişafı uğrunda”partiyasının lideri Boyko Borisovu və “DPS – Yeni başlanğıc” siyasibirliyinin rəhbəri Delyan Peevskini günahlandırırlar.

Meydanlardan belə şüarlar səslənib: “Biz aldadılmağa imkanverməyəcəyik!”, “Sirk bitdi! İstefa və məhkəmə vaxtıdır!”,“Bolqarıstanda mafiya idarəçiliyinə son!”.

Sofiya polisi gücləndirilmiş tərkibdə xidmət aparsa da, şəhərinmərkəzində yol hərəkəti tamamilə iflic vəziyyətə düşüb. Polis girişməntəqələrində 25 nəfəri saxlayıb, onlardan bıçaq, qaz balonları,pirotexnika və kütləvi tədbirlərdə qadağan olunan digər əşyalargötürülüb.

Bolqarıstan Milli Televiziyasının məlumatına görə, kütləvietiraz aksiyaları Plovdiv, Varna, Burqas, Veliko Tırnovo və digərböyük şəhərlərdə də davam edir.

Seçilən
80
az.trend.az

1Mənbələr