Amerikalı aktyor Conni Depp Mixail Bulqakovun "Ustad və Marqarita" romanının adaptasiyasında rol alacaq.
Publika.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.
"Depp Mixail Bulqakovun klassik rus ədəbi əsəri olan "Ustad və Marqarita"nın ingilis dilindəki adaptasiyasında baş rolu oynamağa hazırlaşır", - deyə məlumatda bildirilib.
Layihə Səudiyyə Ərəbistanında keçirilən Qırmızı dəniz Beynəlxalq Film Festivalında elan edilib.