AZ

Qəzza Sülh Şurasının üzvləri gələn il elan olunacaq

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurasının üzvlərinin gələn ilin əvvəlində elan ediləcəyini bildirib.

Hafta.az xəbər verir ki, Tramp onların qlobal liderlərdən ibarət olacağını əlavə edib.

“Bu, indiyə qədər ən əfsanəvi şuralardan biri olacaq. Əsasən, bu, ən vacib ölkələrin rəhbərlərindən ibarət olacaq. Hamısı orada olmaq istəyirlər”, - deyə Tramp qeyd edib.

Trampın atəşkəs sazişinin şərtlərinə əsasən, Sülh Şurasının Qəzzanın idarə olunmasında köməkçi rol oynaması planlaşdırılır.

ABŞ Prezidenti qrupun sədri vəzifəsini icra edəcəyini bildirib.

Seçilən
33
3
hafta.az

4Mənbələr