Bakı.Trend:
Gədəbəydə tövlədə yanğın olub
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Gədəbəy rayonunun Novoivanovka kəndində ümumisahəsi 170 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları,damına yığılan 4 ton ot bağlaması və tövlənin içərisində yığılan2,5 ton taxıl yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizəolunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindənsöndürülüb.