AZ

Tailand Kambocanın mövqelərinə hücum edib

Tailand Hərbi Hava Qüvvələri artilleriya atəşinə cavab olaraq sərhəd bölgələrində Kamboca hərbi mövqelərinə hava zərbələri endirib.

"Unikal" xəbər verir ki, bu barədə Tailand Müdafiə Nazirliyi məlumat yayıb. 

Hərbi departament vurğulayıb ki, Kambocada hava zərbələri yalnız komanda məntəqələri, pilotsuz uçuş aparatlarına nəzarət obyektləri, silah və sursat anbarlarını hədəfə alıb.

Xatırladaq ki, Tailand və Kamboca arasında sərhəd toqquşmaları 8 dekabr 2025-ci ildə başlayıb. Tayland Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə günahlandırıb, sonra danışıqlardan imtina edib və yeni hərbi əməliyyatlar aparmaq qərarına gəlib.

Gülayə Mecid 

Seçilən
77
50
unikal.az

10Mənbələr