AZ

Oyan!

Bu günə qədər Nəriman Axundzadə barədə çox haqsız fikirlər söylənib. Bəzən yersiz yerə çox sərt tənqid edilib.

Amma dünənki oyun istisnadır. Bəlkə ilk dəfədir ki, sərt tənqidi haqq edir. Yazılanlarla razılaşmamaq olmur.

Adamın sanki ayağı-ayağına dolaşırdı. Bunu biz də, azarkeş də görür. Zorla olan şey deyil.

Hələ bu yaxınlarda Qurbanov özü Nərimanın psixoloji olaraq yaxşı olmadığını, daima qayğılı göründüyünü etiraf etmişdi.

Amma bunlara rəğmən, belə bir oyunda onu meydana buraxdı. Ehtiyac yox idi.

Sanki Nərimanın özü də meydana çıxmaq istəmir. Çünki günahkar çıxarılacağını çox yaxşı bilir.

Ona görə deyirəm ki, dünənki oyunu Nəriman, Addai yox, Qurban Qurbanov uduzdu.

Faciə deyil. Evdə “Ayntraxt” oyunu var. Növbəti mərhələ şansı davam edir. “Qarabağ” Bundesliqa klubunu udacaq gücdədir. Buna şübhə etmirəm.

Bəlkə də Nərimanın qolu ilə qalib gələcək. Çünki futbol belə oyundur. Amma bu durumda, belə ruh halı ilə yox. Nəriman oyanmalıdır. 

Deyəsən, Qurbanov da buna çalışır.

Həsən Quluzadə

Seçilən
48
idmanxeber.az

1Mənbələr