Rusiyanın Orenburq vilayətinin Dzerjinski rayon məhkəməsi iki nəfərə ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı barədə hökm elan edib.
7News.Az xəbər verir ki, şəhərin Dzerjinski Rayon Məhkəməsi hadisə ilə bağlı hökmünü elan edib.
Zərərçəkənlər qardaşdırlar. Onların sözlərinə görə, barda bir kişi ilə aralarında mübahisə yaranıb. Azərbaycanlı müəssisənin foyesindəki dava zamanı qardaşlara qarın nahiyəsindən dəfələrlə bıçaq zərbələri vuraraq hadisə yerindən qaçıb.
Həmin rayonda Rosqvardiyanın OMON əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı kişi saxlanılıb və daha sonra Orenburqa gətirilib.
Kişi isə istintaqa öz versiyasını danışıb. O bildirib ki, videobağlantı vasitəsilə qohumları ilə danışırmış və ətrafdakı vəziyyəti çəkirmiş, bu da zərərçəkənlərin xoşuna gəlməyib. Bıçaqlanma hadisəsindən sonra ciddi problemlərinin olacağını anlayan azərbaycanlı vağzala gedib və taksi sürücüsü ilə 8 min rubl müqabilində onu Qazaxıstan ərazisinə aparması barədə razılaşıb.
İstintaq materiallarına görə, 2025-ci il fevralın 23-də kafedə yaranmış mübahisə zamanı həmin şəxs əlindəki bıçaqla iki nəfərə çoxsaylı zərbələr endirib. Zərbələr əsasən qarın nahiyəsinə vurulduğundan hər iki zərərçəkmiş ağır xəsarətlər alıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 5 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Zərərçəkmişlərin mülki iddiaları isə qismən təmin olunub.
Hazırda hökmün qanuni qüvvəyə minmədiyi bildirilir.
.png)