“Biz matça pis başlamadıq. Hər şey də yaxşı gedirdi, amma oyunu pis başa vurduq. Ən vacib anda zəif oyun göstərdiyimiz üçün uduzduq. Bu barədə çox danışmaq istəmirəm, çünki çox məyus oldum”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Ayaks” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Hələ də irəliləmək şansımız var. Necə olacağını və kifayət qədər xal qazanıb-qazanmayacağımızı bilmirəm, amma ən azı bir qələbə qazanmalıyıq. Bu baxımdan “Ayntraxt”la ev oyunu çox vacibdir. Ümid edirəm ki, növbəti mərhələ uğrunda mübarizə apara biləcəyik”.