AZ

“Avropa liderləri ilə Ukraynadakı müharibənin dayandırılmasını sərt ifadələrlə müzakirə etdik” - Donald Tramp

“ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Ukraynadakı müharibənin dayandırılmasını sərt ifadələrlə müzakirə etdiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

"Biz Ukraynanı kifayət qədər sərt şəkildə müzakirə etdik. Və nə baş verəcəyini görəcəyik. İrəli getməzdən əvvəl cavabları gözləyirik", - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, tərəflər arasında insanlarla bağlı kiçik mübahisə olub.

ABŞ Prezidenti həmçinin bildirib ki, Avropa liderləri yaxın günlərdə Avropada münaqişənin həlli ilə bağlı görüşün keçirilməsini təklif ediblər.

Tramp Amerika tərəfinin danışıqlarda iştirak edəcəyini əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
27
missiya.az

1Mənbələr