AZ

ABŞ 2025-ci ildə 2,5 milyon miqrantı deportasiya edib


ABŞ 2025-ci ilin əvvəlindən 2,5 milyon xarici vətəndaşı deportasiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Nazirliyin məlumatına görə, onlardan 1,9 milyonu “özünüdeportasiya proqramı” çərçivəsində ölkəni könüllü olaraq tərk edib. Qalan 600 min nəfər isə zorla deportasiya edilib.
“365 gündən az müddətdə 600 min qeyri-qanuni miqrant ölkəmizdən deportasiya edilib. Könüllü olaraq ölkəni tərk edən 1,9 milyon şəxslə birlikdə ABŞ-ni tərk edən qeyri-qanuni miqrantların ümumi sayı 2,5 milyonu ötüb”, - nazirlikdən bildirilib.
Daxili Təhlükəsizlik Nazirliyi əlavə edib ki, deportasiya ilə bağlı bu rəqəmlər yalnız başlanğıcdır.
Seçilən
6
4
yeniavaz.com

5Mənbələr