AZ

Ölkədə ən çox yağıntı düşən rayonların adları açıqlanıb

Bakı. Trend:

Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsirinəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarındanbaşlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdədaha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib.Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağaqar yağıb.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəismüavini Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, ölkənin şərq ərazilərində və Abşeronyarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensivvə güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir.

“Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31,Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb.” - deyə G.Abbasova vurğulayıb.

Seçilən
51
21
az.trend.az

10Mənbələr