AZ

Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar bu oyunu xatırladır

Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar stolüstü tennis oyunu kimi aparılır.

Publika.az xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının (SPD) xarici siyasət sözçüsü Adis Axmetoviç bildirib.

"ABŞ və Rusiya arasında, həmçinin ABŞ və Ukrayna arasında danışıqlar gedir, sonra bizimlə məsləhətləşmələr aparılır", - deyə alman siyasətçi izah edib.

Axmetoviç vurğulayıb ki, o, hələlik sözügedən müharibə ilə bağlı müzakirələrdə həqiqi danışıqlar prosesi görmür.

Seçilən
136
publika.az

1Mənbələr