AZ

Halandın hədəfi – Bütün qol rekordlarını qırmaq

“Mançester Siti”nin hücumçusu Erlinq Haland qol rekordu ilə bağlı sualı cavablandırıb.

Msport.az xəbər verir ki, norveçli futbolçu Çempionlar Liqasında “Santyaqo Bernabeu”da “Real”a 2:1 hesabı ilə qalib gəldikləri oyunda penaltidən fərqlənib.

O, Madriddəki qələbədən sonra bu barədə sualı belə cavablandırıb: “İngiltərə klub futbolunda bütün qol rekordlarını qıra bilərəmmi? Uzunmüddətli müqaviləm var. Oyundan həzz alıram, yaxşı oynayıram və əla komanda yoldaşlarım var. Cavabımı sətirlər arasında oxusanız, başa düşə bilərsiniz. Amma təvazökar qalmalı, hadisələri qabaqlamamalısan”.

Hazırda forvard Avropanın ən nüfuzlu klub yarışında 54 oyunda 55 qola sahibdir. Premyer Liqada o, 100 qol həddini bu yaxınlarda rekord sürətlə – cəmi 111 matçda keçib.

Seçilən
2
2
msport.az

3Mənbələr