AZ

Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir (FOTO)

Bakı. Trend:

2025-cü il dekabrın12-dən 2026-cü il yanvarın11-dək Moskva şəhərində “Miladbayramına səyahət” adlı ənənəvi festivalkeçiriləcək. Bu günlərdə Rusiyapaytaxtı yenidən ənənələrin, sevimli nağılların və bayramsürprizlərinin canlandığı böyük qış səhnəsinə çevriləcək.Moskvada qışlayihəsinin bir hissəsi olacaq festival biray ərzində Moskvanı qışın əsasbayramının sehrli atmosferinə qərqedəcək. Hazırlanan un məmulatlarınınətri, küçələri bəzəyəcək işıqlarınparıltısı paytaxtın hər rayonunu müxtəlifölkələrdən gələn qonaqlar üçün özəl bayramhekayəsinə çevirəcək.

Manej meydanı bu il hər kəsi “Yeni il ağacı oyuncaqlarınınşəhəri” ilə heyrətləndirəcək. Burada XX əsrin əvvəllərinin pambıqoyuncaqlarının estetikasından ilhamlanaraq hazırlanmış qeyri-adiyarmarka təşkil ediləcək. Yarmarkada təkcə Yeni ilin əsasqəhrəmanları - Şaxta Baba və Qar qızı deyil, həm də onlarla digərvintaj nağıl personajlarını görə bilcəksiniz. Hər kəs sanki köhnəYeni il sandığından yenicə çıxarılmış dekorasiyalarla şəkillərçəkdirə, nağıl süjetli qısa tamaşalarda iştirak edə, sovet dövründəkeçirilən Yeni il bayramlarının ənənəvi yeməklərini dadabiləcək.

Tver meydanında qonaqları Moskvaya həsr olunmuş dekorasiyalargözləyir. Burada yerli sənətkarlar tərəfindən düzəldilmiş səkkizmetrlik Yeni il ağacı ucalır. Ağac əl ilə çəkilmiş naxışları olan90 və 70 sm ölçüsündə kürələr, həmçinin 70 sm uzunluğunda nəhəngqızılı sırsıralarla bəzədilib. Böyük Teatrın, Xalq təsərrüfatınailiyyətləri sərgisinin pavilyonlarının və Kreml qüllələrininsiluetləri isə sadəcə bayram instalyasiyaları kimi görünmür,şəhərin canlı tarixini əks etdirir. Zərif qızılı işıqlanması olanbu miniatür memarlıq simvolları əsl Yeni il sehrinin atmosferiniyaradacaq və Moskvaya təkcə turist kimi ilə baxmağa deyil, həm dəözünüzü böyük və bayram əhvali-ruhiyyəli meqapolisin bir hissəsikimi hiss etməyə imkan verəcək.

Bayram günlərində paytaxtın əsas görməli yerlərindən biri olacaqManej meydanında hündürlüyü 22 metr olan təbii küknar ağacı(hündürlüyünə görə yalnız Kreml küknarından geri qalır)quraşdırılıb. Bu il ağac qədim rus oyuncaqlarının üslubundabəzədilib. Bunun üçün on mindən çox oyuncaqdan və beş kilometruzunluğunda işıqlardan istifadə olunub. Sənətkarlar Moskvarəssamlarının eksklüziv eskizləri əsasında yüzlərlə rəngli kürələrhazırlayıblar. Kürələrin üzərində Milad süjetləri, nağılpersonajları və bayram şənliklərinin səhnələri canlanır.Kompozisiyanı ipək bayraqlar, qızılı və gümüşü sırsıralar,pambıqdan hazırlanmış insan fiqurları, gözəl kostyumlu qırmızıyanaqgəlinciklər tamamlayır. Bütün bunlar küknarı sehrli bayramın əslcanlı illüstrasiyasına çevirir.

Festivalın gənc ziyarətçiləri metal bəzəklərin döyülməsindənşüşə stəkanların naxışlarla bəzədilməsi, şamların və sovet Yeni ilağacı oyuncaqlarının hazırlanmasına qədər çoxsaylı master-klaslardaiştirak edə biləcəklər. Kiçik qonaqlar üçün Yeni il kulinariyastudiyaları fəaliyyət göstərəcək. Məşhur Rusiya nağıllarınınmotivləri əsasında səhnələşdirilmiş çoxsaylı teatr tamaşalarıqonaqları heyrətləndirəcək. Aktiv istirahət həvəskarlarını idmanmeydançaları, körlinq məktəbi və “Qu gölü”, “Ağbəniz”, “12 ay” vədigər qış nağılları əsasında 170-dən çox bayram buz şousu gözləyir.“Arzulanan hədiyyənin arxasınca səyahət” kvesti isə qonaqlarıRusiyanın müxtəlif bölgələrinin ənənələri ilə tanış edəcək. Kvestiniştirakçıları səyahətçi pasportunda möhürlər toplayacaq və onlarıhədiyyələrə dəyişə biləcəklər.

Buradan heç kim xoş təəssüratsız, suvenirsiz və yeni qastronomiktəcrübə yaşamadan getməyəcək. Festival Moskvanın bayram məkanlarınıbirləşdirəcək: Tver bulvarında və Mərkəzi Moskva Univermağınınyaxınlığında özəl Yeni il ağacı sərgiləri, həmçinin keramikməmulatlar, müəllif suvenirlər, ətirli çaylar və rus mətbəxininyeməklərini tapa biləcəyiniz yarmarkalar. Festivalın qastronomikmüxtəlifliyi ənənəvi rus yeməkləri və təzə hazırlanmış unməmulatları ilə yanaşı, müəllif delikatesləri, ətirli içkiləri vəxüsusi qril menyusu ilə heyranlıq doğuracaq. “Xeyirxah Yeni ilağacı” adlı xeyriyyə aksiyası dəstəyə xüsusilə ehtiyacı olanlarınYeni il arzularını gerçəkləşdirməyə kömək edəcək. Bunun üçün bayramYeni il ağaclarından birində istəyi seçmək və QR-kodu skan etməkkifayətdir.

“Milad bayramına səyahət” festivalı paytaxtın hər yaşdan olansakinləri və qonaqları üçün ənənələri, müasir mədəniyyəti və Yeniil möcüzəsinin atmosferini özündə birləşdirən “Moskvada qış”layihəsinin əsas hadisəsi olacaq. Ecazkar festival, ailəvi səfərlərvə ya tək səyahət üçün əla istiqamət olacaq və Azərbaycandan gələnbütün qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək.

Moskva
Moskva
Moskva
Moskva
Seçilən
76
6
az.trend.az

7Mənbələr