Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistana səfəri çərçivəsində "BMT-Qadınlar" (UN Women) Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sanz ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qadın hüquqlarının qorunması istiqamətində institusional mexanizmlərin gücləndirilməsi, qadınlara qarşı zorakılığın qarşısının alınması, hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, qadınların səlahiyyətləndirilməsi və onların iqtisadi fəallığının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş əməkdaşlıq perspektivlərinin və qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.