AZ

Yüksək Liqa: “Araz-Naxçıvan” liderə qalib gəldi – ARENA.AZ

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, hesabat turu turnir cədvəlinin qonşu pillələrində yer almış komandaların duelləri ilə əlamətdar olub.

U-19 debütant və xalsız olan “Lənkəran”la qarşılaşıb. Gənclər millisi fasiləyə qədər vurduğu qollarla görüşün taleyini həll edib.

Turun ən maraqla gözlənilən görüşü lider “Neftçi” ilə ən yaxın izləyicisi “Araz-Naxçıvan”ın qarşılaşması idi. Oyun “Araz-Naxçıvan”ın minimalhesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci dövrədə keçirilmiş matçda “Neftçi” 5:4 hesablı qələbəyə sevinmişdi.

“İlk 3-lüy”ü qapayan “Baku Fire” isə onu qarabaqara izləyən “Şuşa”dan güclü olub. Fasiləyə qədər 4 cavabsız top vuran nominal qonaqlar üstünlüyünü ikinci hissədə də davam etdiriblər.

Yüksək Liqa
10-cu tur

11 dekabr

U-19 – Lənkəran 8:4
Qollar: İsmayıl Əhmədov, 0:47, 4:35, 6:53, 23:18, Pünhan Qasımzadə, 4:06, 12:36, Oqtay Mahmudzadə, 4:46, 38:46 – Ömər Kərimli, 3:26-öz qapısına, Şahin Xəlilov, 30:53, Ümid Qəhrəmanov, 34:47, Rasim Əhmədov, 38:23, Tofiq Məlikov, 39:44.
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Araz-Naxçıvan 4:5
Qollar: Lukas Ramos, 18:05, Tofiq Əliyev, 27:13, Allef Mayolli, 30:51, Yaqo Hernike, 38:28 – Kamran Hacıyev, 0:43-öz qapısına, Luicci Lonqo, 19:30, Karlos Bertula, 24:57, 26:32, 37:58.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Şuşa – Baku Fire 2:6
Qollar: Rüstəm Bağırov, 33:19, 37:46 – Fərid Abbasov, 3:51, Rüfət Məmmədli, 6:03, 8:43, Nurlan Məmmədov, 17:25, Novruz Kazıxanov, 32:20, Kənan Manafov, 36:28.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 22. Baku Fire – 20. Şuşa – 12. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 21. Rüstəm Bağırov (“Şuşa”) – 18. Yaqo Henrike (“Neftçi” İK) – 16 qol.

Seçilən
29
10
arena.az

10Mənbələr