AZ

Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasının 6-cı turundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu ada “Arsenal”ın bacarıqlı cinah hücumçusu Noni Madueke layiq görülüb.

O, “Brügge” ilə oyunda (3:0) dubl edərək Şarl de Ketelare (“Atalanta”), Oskar Qlux (“Ayaks”) və Jül Kunde (“Barselona”) kimi namizədləri səsvermədə qabaqlayıb.

Gənc futbolçu uzaq məsafədən vurduğu gözəl qol və baş zərbəsi ilə komandasının qələbəsində əsas pay sahibinə çevrilib.

Seçilən
27
idmanxeber.az

1Mənbələr