AZ

Luis Kastro “Nant”dan qovuldu – ARENA.AZ

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nant” komandasının baş məşqçisi Luis Kastro vəzifəsindən uzaqlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı portuqaliyalı mütəxəssis köməkçiləri ilə birlikdə klubu tərk edib. O, 2025-ci ilin iyulundan “Nant”ın uğurları üçün çalışırdı. Kastronun rəhbərliyi altında keçirilmiş 15 qarşılaşmada “Nant” 2 qələbə qazanıb, 5 heç-heçə edib, 8 dəfə uduzub.

Qeyd edək ki, 15 matçdan sonra 11 xal toplamış “Nant” Fransa Liqa 1-in turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Luis Kastro daha öncə “Dunkerk”, “Benfika” (B), “Panetolikos” kimi komandalarda da baş məşqçi olub, “Vizela”, “Moreyrense”, “Əl-Nəsr” və “Vitoriya Gimaraynş” klublarının aşağı yaş qrupları üzrə sistemlərində çalışıb.

Seçilən
29
3
arena.az

10Mənbələr