AZ

Kolumbiya Donald Trampın növbəti “qurbanı” ola bilər

10 dekabrda ABŞ prezidenti Donald Tramp Kolumbiya ilə bağlı sərt açıqlamalar verib və jurnalistlərə Ağ Evin regional narkotik əleyhinə kampaniyasında növbəti namizədin Kolumbiya prezidenti Qustavo Petro olacağını bildirib.

Editor.az xəbər verir ki, Tramp əvvəlcə jurnalistlərə Petro haqqında “çox düşünmədiyini” desə də, sonradan şərhləri daha da təhdidedici hala gəlib. O, Kolumbiyanın “çoxlu narkotik istehsal etdiyini” qeyd edib və Petronun “özünə gəlməli” olduğunu deyib. “Politico”nun məlumatına görə, bu həftənin əvvəlində ABŞ prezidenti indiyə qədər Venesuelaya yönəlmiş hərbi narkotik əleyhinə əməliyyatını Meksika və Kolumbiyaya genişləndirəcəyinə işarə edib.

Qeyd edək ki, Tramp və Petro arasındakı gərginlik bu payız ABŞ-ın regionda apardığı aqressiv narkotik əleyhinə kampaniya fonunda daha da artıb. Tramp administrasiyası sentyabr ayında Kolumbiyanın narkotik əleyhinə tərəfdaş statusunu, Petronun vizasını ləğv edib və ölkəyə yardımı dayandırıb. Oktyabr ayında isə Kolumbiya prezidentini “qanunsuz narkotik qaçaqmalçısı” adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr