AZ

Fitso Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsini dəstəkləməyəcəyini təsdiqləyib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Slovakiyanın Baş naziri Robert Fitso Aİ-nin növbəti sammitində Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyəcəyini açıqlayıb.APA xəbər verir ki, o, bu barədə Avropa Şurasının Prezidenti Antoniu Koştaya məlumat verib.

Baş nazir həmçinin Rusiyanın Aİ-də dondurulmuş aktivlərinin Ukraynanın hərbi ehtiyaclarına yönəldilməsi ideyalarını bir daha tənqid edib.Onun fikrincə, belə addım ABŞ-ın münaqişənin başa çatdırılması istiqamətində göstərdiyi səyləri poza bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
apa.az

2Mənbələr